"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab matçından sonra Almaniya mətbuatına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüş bitdikdən dərhal sonra RTL-ə açıqlamasında bildirib ki, hesab 2:2 olanda artıq əlavə vaxt haqda düşünüb:
"Mən artıq əsas vaxtda qalib gələcəyimizə inanmırdım. O an beynimdən keçirdi ki, futbolçularıma əlavə vaxt üçün nəyi deməliyəm, nə tapşırmalıyam.
90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim. Bəlkə də meydanda ən yaxşı “Bayer” yox idi, amma hadisələrə düzgün reaksiya verdik”.
"Qarabağ"la "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb.
Leverkuzendə ötən gecə oynanılan görüşdə isə "Qrabağ" 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

