Alman dərsi - "Qarabağ"ı ayıltdı, gözünü açdı, böyütdü

16 Mart 2024 14:00 Qarabağ 1 113
Alman dərsi - "Qarabağ"ı ayıltdı, gözünü açdı, böyütdü

Möcüzə bitmədi.

Hələ davam edir...

«Bayer» Avroliqada çıxışını sürdürəcəyi müddətdə bütün Avropa «Qarabağ»dan danışacaq.

Tarix 1 saatın, 1 günün içində yazılmır. Ki, 1 saatın, 1 günün içində də canlı yaddaş qovluğundan silinib getsin.

«Qarabağ» hər anı, hər saniyəsi, hər dəqiqəsi ilə gəlib 1/8-ə çıxdı. Bu anların, saniyələrin, dəqiqələrin yaxasından damcı-damcı alın təri süzülür.

Burada daha kimlərin payı, əziyyəti, haqqı yoxdur ki…

Klubun rəhbərliyindən, məşqçilərindən, futbolçularından tutmuş ta bazanın girişində dayanan mühafizə xidmətinin əməkdaşlarına, sıravi işçilərə kimi.

«Qarabağ» öncə bir ailə ola bilməsəydi, zamanla camiəyə çevrilməyəcəkdi, bunca böyüməyəcəkdi.

Böyüyən tək Nəriman deyil ki! «Bayer»lə oyunlar«Qarabağ»ı ayıltdı, gözünü açdı, böyütdü.

Demək, futbolda hər şey mümkünmüş! Yetər ki, o yerdə düzgünlük, halallıq, səmimiyyət və ciddiyət olsun.

Bütün bunlar bir aradadırsa, ondan «Qarabağ» əmələ gələcək. O «Qarabağ» ki 15 ilə yaxındır bütün qitəyə ayaq səslərini, nəfəsini eşitdirir.

Və bu ayaq səsləri artıq «Bayer» kimi Avropanın sayılıb-seçilən böyük klublarının canına qorxu salır.

Bu macəra hələ tamamlanmayıb. Ardı var. Həmin gün də gələcək.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti