"0:2 hesabı baş verməməli idi" - "Bayer"li hücumçu "Qarabağ"dan danışdı

16 Mart 2024 14:20 Qarabağ 2 301
"0:2 hesabı baş verməməli idi" - "Bayer"li hücumçu "Qarabağ"dan danışdı

“Bayer”in forvardı Qranit Caka Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendə “Qarabağ”la cavab oyununda qazandıqları qələbəni şərh edib (3:2, ilk oyun 2:2).

Sportinfo.az xəbər verir ki, “Kicker”ə danışan isveçrəli futbolçu Ağdam təmsilçisi ilə keçirilmiş görüşü belə xatırlayıb:

"Üstünlüyümüz şəraitində keçən görüşdə 0:2 hesabı baş verməməli idi. Amma bu oldu.

Bundan sonra adətən bir çox komanda relsdən çıxır və hər şeyin bitdiyini düşünür.

Matçın 70-ci dəqiqədə oyuna qayıtmağımız sonda isə hesabı 3:2-yə çatdırmağımız bir daha kollektivdəki əhval-ruhiyyəmizi göstərir. Dediyim kimi, komandamızın mentaliteti inanılmazdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti