“Çox, çox məyus oldum, əla oynadıq, buna görə mükafat almadıq"

16 Mart 2024 12:40 Qarabağ 817
“Çox, çox məyus oldum, əla oynadıq, buna görə mükafat almadıq"

“Qarabağ”ın müdafiəçisi Marko Veşovoç Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə Almaniyada 2:3 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu mərhələ adlamaq şansını son anda əldən verdiklərini bildirib:

“Çox, çox məyus oldum. “Bayer”ə qarşı iki dəfə əla oynadıq və buna görə mükafat almadıq.

Bu, çox kədərlidir. Qırmızı vərəqədən sonra “Bayer” kimi komandaya qarşı dayanmaq üçün böyük vəzifəmiz var idi.

Dəqiqələr ötdükcə təzyiqi artırdılar. Bu mövsüm əla komandamızın olduğunu sübut etdik. Gələn il yenidən cəhd edəcəyik”.

“Qarabağ” bir həftə əvvəl rəqibi ilə Bakıda 2:2 hesablı heç-heçə etmişdi. Bununla “Bayer” 1/4 finala yüksəlib, “Qarabağ” isə mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti