Türkiyə futbolunun əfsanəsi “Qarabağ”a heyran qaldı - FOTO

16 Mart 2024 00:50 Qarabağ 5 087
Türkiyə futbolunun əfsanəsi “Qarabağ”a heyran qaldı - FOTO

Türkiyə futbolunun əfsanəsi Arda Turan “Qarabağ”a təşəkkürünü bildirib.

Sportinfo.az xəbər verir ki, o, Avroliqanın 1/8 final mərhələsinin “Bayer” - “Qarabağ” oyunundan sonra özünün İnstaqram səhifəsində paylaşım edib.

Hazırda Türkiyə birinci liqasında lider olan “Eyüpspor”un baş məşqçisi işləyən 37 yaşlı mütəxəssis yazıb:

“Qarabağ" FK. Möhtəşəm mübarizə. Təşəkkürlər. Təbriklər”.

"Qarabağ” “Bayer”lə səfərdəki cavab matçında 2:0 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti