Avropa Liqasının 1/8 final mərhələsinin Almaniyada baş tutan cavab matçında “Bayer”ə məğlub olaraq (2:3) avrokuboklarda mübarizəni dayandıran “Qarabağ”a Heydər Əliyev adına hava limanında böyük maraq göstərilib.
Təmsilçimizi çox sayda media əhli və azarkeşlər qarşılayıb.
Baş məşqçi Qurban Qurbanova qarşı isə xüsusi münasibət bəslənib.
Təcrübəli mütəxəssis gözləmə zonasında gözə dəyincə tərəfdarlar onun adını səsləndirib, şəninə bəstələr oxuyublar.
O, ardınca jurnalistlərin suallarına cavab verib.
Davamında hava limanının işçiləri, siravi şəxslər onunla xatirə fotosu çəkdirmək üçün növbəyə durub.
Yorğun görünməsinə baxamayaraq, çalışdırıcı hər kəsin arzusunu gerçəkləşdirib.
Qurbanov sonda “Qarabağ Ordu” azarkeş qrupuna yaxınlaşaraq, hər bir üzvü ilə bir-bir görüşüb, dəstək üçün təşəkkürünü bildirib.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

