Tanrı Qurban Qurbanovu növbəti dəfə test edir

15 Mart 2024 10:40 Qarabağ 8 039
Tanrı Qurban Qurbanovu növbəti dəfə test edir

Yenə Elvin Cəfərquliyev…

Yenə o dəqiqələr...

Sanki Tanrı «Qarabağ»ı Elvinlə sınağa, imtahana çəkir.

Sanki Yaradan Qurban Qurbanovu növbəti dəfə test edir.

«Braqa» ilə Bakıdakı oyun belə olmuşdu. Elvin Cəfərquliyev 60-cı dəqiqəni görmədən meydandan uzaqlaşdırılmışdı.

Bu dəfə Leverkuzendəki oyunda Elvin Cəfərquliyev 60-cı dəqiqəni görmədən paltardəyişmə otağının yolunu tutmalı oldu.

O kəs bolqarıstanlı referi cibindən qırmızı vərəqə çıxarmışdı, indi də onun ingilis həmkarı.

«Braqa» ilə cavab qarşılaşmasını əlavə vaxta aparmaq mümkün oldu, burada Mateus Silva ilə Nəriman Axundzadə «Qarabağ»a həyat verdi.

Dünən də oyun əlavə vaxt gedirdi. Teylor əsas vaxtı 6 dəqiqə uzatdı, 1 dəqiqə artıq oynatdı, onda da Patrik Şik özünün ikinci, komandasının üçüncü qolunu vurdu.

Bu, hələ son deyildi… Bəhlul Mustafazadə axır məqamda yaxın məsafədən topa başla deyil, ayaqla zərbə endirsəydi, hesab yenidən dönəcəkdi.

Qismət deyilmiş…

Bu da bir qismətdir, əslində!

Bura qədərmiş…

Bəli, qismətdən artıq yemək olmaz.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti