Avropada "Qarabağ" imzası - Belə ləyaqətli çıxışın qarşılığı olacaq!

16 Mart 2024 22:20 Qarabağ 1 256
Avropada "Qarabağ" imzası - Belə ləyaqətli çıxışın qarşılığı olacaq!

"Qarabağ" Avropa arenasında daha bir şanlı mövsümü geridə qoydu.

"Bayer" önündə parlaq oyun, qələbəyə bərabər məğlubiyyətlə.

Bir Azərbaycan təmsilçisinin Bundesliqa liderinə yaşatdıqlarını nə biz, nə də almanlar unutmayacaq.

Nə Bakıda, nə də Leverkuzendə yaşatdıqlarını.

Heyrətamiz, bitməsini istəmədiyimiz gecə, həftə, 1/8 final mərhələsi oldu.

"Qarabağ" Avropa divinə qarşı elə dirəniş göstərdi ki...

Mən pas! Bu klubun naliyyətlərini, daha dəqiqi mübarizəsini ifadə etməyə sözlər acizdir.

Nə yazasan, nə izah verib, necə şərh edəsən?

Bütün "Qarabağ" ailəsinə nə qədər təşəkkür etsək azdır.

Eşq olsun bu komandaya, bu ruha, bu mübarizəyə.

Avropada rəqib tanımayan Almaniya nəhənginə "mən varam" sözünü dedizdirən komandaya hansı xoş sözləri deyəsən ki, yerinə otura?

Ağdamın işğalından Bakıya sığınan, futbolu ilə Avropaya işıq saçan bu komandanı vəsf etmək üçün sözlər acizdir.

Kəlimələr mat qalıb. Almanların timsalında bütün Avropanın mat qaldığı kimi.

Belə ləyaqətli çıxışın qarşılığı olaraq, sadəcə, BRAVO!

Bəli, mərhələ adlamaq mümkün olmadı, amma turnirin favoritinə erkən final yaşatdıq. Bütün Avropaya finala bərabər matç izlətdik.

Qurban Qurbanovun "Qarabağ" adlı əsərindən aldığımız qürurlu duruşumuzun yanında məğlubiyyət üzüntüsü çox cılız göründü.

İllər keçəcək, amma bu qarşılaşma bu mövsümkü Avropa Liqasının tarixində mütləq qalacaq, xatırlanacaq. Mütləq!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti