“Qarabağ” Avropaya KİŞİ kimi vida etdi!

15 Mart 2024 01:58 Qarabağ 1 506
“Qarabağ” Avropaya KİŞİ kimi vida etdi!

"Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.

Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.

14 mart

00:00 "Bayer" (Almaniya) – "Qarabağ" 3:2

Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 – Abdullah Zubir, 58. Olavio Juninyo, 67.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ")

İlk oyun – 2:2
Baş hakim: Entoni Teylor
Baş hakimin köməkçiləri: Qari Besuik, Adam Nann
Dördüncü hakim: Endryu Medli
VAR: Stüart Attuel
AVAR: Carred Qavan Cillet (Avstriya)

"Bayer": 17. Matey Kovar, 3. Pyero Hinkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Endrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradeski, 36. Lomb, 2. Yosip Stanişiç, 14. Patrik Şik, 4. Conatan Ta, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 23. Adam Hlojek, 32. Puerta, 25. Esekyel Palasios.
Baş məşqçi: Xabi Alonso.

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Mateus Silva, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti