Məşhur meyxanaçıdan “Qarabağ”a qeyri-adi dəstək - VİDEO

14 Mart 2024 20:40 Qarabağ 8 784
Məşhur meyxanaçıdan “Qarabağ”a qeyri-adi dəstək - VİDEO

Martın 14-də “Qarabağ” Leverkuzendə “Bayer”in qonağı olacaq.

Vacib qarşılaşmadan öncə ölkə futbol ictimaiyyəti təmsilçimizə uğurlar arzulayır, Almaniyadan sərfəli nəticə ilə qayıdacağına ümid edir.

Məşhur meyxanaçı Balaəli də “Qarabağ”a dəstək nümayiş etdirib. O, 2 il öncə “Neftçi Arena”da “Neftçi”ylə “Qarabağ” arasındakı oyun zamanı tribunaların, eləcə də Rəşad Dağlının görüntüsünü paylaşaraq bu sözləri yazıb:

“İnşallah, Leverkuzen səfərindən qalib qayıdar “Qarabağ”ımız”.

Komandalar arasında Bakıda baş tutan ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Martın 14-dəki cavab görüşü Bakı vaxtı ilə saat 12-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti