«Almanlar Zubirin səhvini «Qarabağ»a bağışlamadılar».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın vingeri Abdullah Zubirin «Bayer»lə qarşılaşmada (2:2) iki kobud səhvə yol verdiyini bildirib.
Deyib ki, fransalı yarımmüdafiəçi həm birinci, həm də ikinci hissədə geriyə yanlış ötürmələrlə komanda yoldaşlarını çətin vəziyyətə salıb və rəqib belə epizodlardan birində fərqi azalmağa müvəffəq olub.
Abbasov Avropa Liqası kimi səviyyəli yarışda iştirak edən bir futbolçunun bu tip səhvlərlə yadda qalmasını təəccüblə qarşılayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

