UEFA siyahı açıqladı - "Qarabağ"... FOTO

14 Mart 2024 14:40 Qarabağ 1 342
UEFA siyahı açıqladı - "Qarabağ"... FOTO

Avropa Liqasının rəsmi sosial şəbəkə hesabları yarışın 1/8 final mərhələsinin ən yaxşı formada olan iştirakçıları ilə bağlı göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, reytinqdə son 5 matçda ən yaxşı nəticə göstərən 10 komanda yer alıb.

Onların sırasında "Qarabağ" da var. Siyahı 1/8 finalın cavab matçlarlına bir gün qalmış elan edilib.

AL-in iştirakçısı olan, göstərdiyi nəticələrə əsasən ən yaxşı formada olan 10 klubun (16 komanda arasından) adının daxil edildiyi siyahıda liderlik "Marsel"ə məxsudur.

Fransa təmsilçisi son 5 matçın hamısında qələbə qazanıb. 2-ci yeri "Liverpul", 3-cü yeri "Qarabağ", 4-cü yeri isə "Bayer" tutur. Bu komandalar son 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib.

"Qarabağ" son 5 matçında "Sumqayıt", "Qəbələ" (təxirə salınmış oyun), "Neftçi" və "Zirə"yə qalib gəlib (hamısı Premyer Liqada), "Bayer"lə Avroliqa görüşündə isə heç-heçə edib.

Siyahıda sonrakı yerlərdə müvafiq olaraq "Roma" (3 qələbə, 2 heç-heçə), "Reyncers" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə), "Slaviya" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə),"Vilyareal" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə), "Milan" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə) və "Frayburq" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə) qərarlaşıblar.

TOP-10-luq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti