“Qələbə qazana bilərik” - Zubir bütün Azərbaycana ümid verdi

13 Mart 2024 21:20 Qarabağ 2 868
“Qələbə qazana bilərik” - Zubir bütün Azərbaycana ümid verdi

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” artıq Almaniyadadır.

“Köhlən atlar” yarışın 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə “Bayer”in qonağı olacaq.

Martın 7-də Respublika stadionunda qeydə alınan 2:2 hesabının leverkuzenlilər üçün əlavə motivasiya olacağı sirr deyil.

Onlar bu dəfə daha diqqətli olmağa çalışacaqlar. Çünki Bakıdakı oyunun ilk hissəsində ehtiyatı əldən verməyin nə dərəcədə təhlükəli olduğunu gördülər.

“BayArena”da – alman azarkeşlərinin qarşısında “Qarabağ” üçün istəyə çatmaq çox-çox çətin olacaq. Rəqib xüsusən öz meydanında keçilməz görünür.

Komandanın əsas simalarından olan fransalı vinger Abdullah Zubir Sportinfo.az-a açıqlamasında cabab matçı haqda fikirlərini səsləndirib:

“İlk oyunda qələbə qazanmağa yaxın idik. Bacarmasaq da, qalibiyyətə layiq futbol oynadıq.

Cavab qarşılaşmasına da o cür motivasiya ilə hazırlaşırıq. Futbolda mümkünsüz heç nə yoxdur.

Düşünürəm ki, qələbə qazana bilərik. Gücümüzə inanıram.

İstədiklərimizi həyata keçirməyi bacarsaq, rahat olacağıq. Amma istənilən halda Bakıdakı matçla müqayisədə Leverkuzendə bizə çətin olacaq.

Ötən il orada oynamışıq, ab-havadan xəbərdarıq. Qarşıda bizi vacib 90 dəqiqə gözləyir. İstəyimizə çatmaq üçün mümkün olan hər şey edəcəyik”.

Martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə 12-də başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti