“Beşiktaş”ın Juninyonu “Qarabağ“dan transfer etməsi realdırmı?

13 Mart 2024 21:00 Qarabağ 1 704
“Beşiktaş”ın Juninyonu “Qarabağ“dan transfer etməsi realdırmı?

“Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyonun “Beşiktaş”ın maraq dairəsində olduğu haqda xəbərlər yayılır.

Hətta klubun idman direktoru Samet Aybabanın futbolçunun oyununu izləmək üçün “Bayer-04” – “Qarabağ” matçına gedəcəyi barədə məlumatlar tirajlandı.

Bu haqda daha ətraflı məlumat əldə etmək üçün Türkiyə futbolunun bilicisi, “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərovla danışdıq (football-plus.az):

“Əldə etdiyim məlumata görə, Juninyonu bir aydan çoxdu izləyirlər. Təkcə “Beşiktaş” yox, Türkiyənin başqa klubları, əsasən də Anadolu təmsilçiləri.

Bu futbolçu haqqında bütün detalları skaut kollektivi “Beşiktaş”a təqdim edib. Hazırda “qara qartallar”ın da oyun üslubunda və planında Juninyo kimi hücumçuya ehtiyac olduğu görünür.

Belə ki, ikili mübarizələrdə sürəti hesabına rəqibini üstələyən və Fernando Santoşun da oyun planına uyğun gələn bir profildi.

Son dönəmlərdə Fernando Santoşun “Beşiktaş”ını izləyərkən, görürük ki, komanda “az qol buraxım” taktikasıyla meydana çıxır.

Yəni bu oyun planında da Juninyo sürətli ötürmələr fonunda müdafiənin arxasına atılan və ya yaranan boşluqlardan sürəti hesabına maksimum istifadə edə bilən fiqurdu.

Amma bu, Juninyonun “Beşiktaş” keçəcəyi anlamına gəlmir. Hətta klubun idman direktoru Samet Aybabanın Almaniyaya gedəcəyi xəbəri də yalandır.

Çünki Aybabaya yaxın bir türkiyəli həmkarıma belə bir şeyin olmadığını söyləyib. Təbii ki, hər şey ola bilər.

Ancaq onu deyə bilərəm ki, Juninyo “Beşiktaş”ın transfer siyasətində əsas oyunçu deyil. Sadəcə, hücum xəttinə düşünülən 4 variantdan biridir.

İlk 2 variantda olmasa da, 3-4-cü variantlardan biridir. Əldə etdiyim məlumat bunlardan ibarətdir.

Həm də nəzərə alaq ki, Fernando Santoş portuqaliyalı mütəxəssisdir, Braziliya ilə Portuqaliyanın mentallığı çox uyğundur.

Hətta demək olar ki, eynidir. Bu baxımdan çalışdırıcıyla rahat şəkildə anlaşa bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti