Azərbaycan “Qarabağ”dan sonra bir komanda da var ki…

13 Mart 2024 16:20 Qarabağ 1 128
Azərbaycan “Qarabağ”dan sonra bir komanda da var ki…

2023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki,54 liqanın 900 klubu ilə bağlı aparılan araşdırma nəticəsində Azərbaycan təmsilçilərinin mövqeləri də müəyyənləşib.

Bu baxımdan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi hər matçda orta hesabla 5,81 dəqiq zərbə ilə yadda qalıb. Qurban Qurbanovun kollektivi bu baxımdan dünyanın 39-cu komandasıdır.

Azərbaycan Premyer Liqasının iştirakçıları arasında “Qarabağ”dan sonra ikinci sırada “Turan Tovuz” qərarlaşıb. Bölgə klubu orta hesabla hər görüşdə "çərçivə"yə 4,64 zərbə vurub.

Premyer Liqada klublarının göstəriciləri:

1. “Qarabağ” - 5,81

2. “Turan Tovuz” - 4,64

3. “Sabah” - 3,81

4. “Qəbələ” - 3,73

5. “Səbail” - 3,73

6. “Araz-Naxçıvan” - 3,57

7. “Neftçi” - 3,50

8. “Kəpəz” - 3,38

9. “Zirə” - 2,77

10. “Sumqayıt” - 2,73

Dünya reytinqinə Niderland klubu PSV başçılıq edir. Eyndhoven təmsilçisi orta hesabla hər qarşılaşmada rəqib qapıçını 8,92 “seyv”ə vadar edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti