SON DƏQİQƏ: “Qarabağ”ın oyununa Avropada inanılmaz maraq var

13 Mart 2024 16:00 Qarabağ 5 385
SON DƏQİQƏ: “Qarabağ”ın oyununa Avropada inanılmaz maraq var

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” sabah “BayArena”da “Bayer”in qonağı olacaq.

Qarşılaşmaya olan maraq gözləniləndən artıqdır.

Qonaq azarkeşlər üçün satışa çıxarılan 1800-ə yaxın biletdən 1200-ü artıq öz sahibini tapıb. Avropada yaşayan məhz bu sayda soydaşımız onlayn qaydada bilet alıb.

Matçın başlamasına bir sutkadan artıq vaxt qaldığını nəzərə alsaq, 1800 biletin satılacağı şübhə doğurmur. Bu, baş verəcəyi təqdirdə “Qarabağ”ın səfər oyunları üçün rekord göstərici sayılacaq.

Komandalar arasında Respublika stadionunda keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Martın 14-dəki cavab görüşü Bakı vaxtı ilə gecə 12-də start götürəcək.

HƏBİB / SPORTINFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti