"Qarabağ"ın futbolçuları yuxularında görmədikləri qədər VAR-DÖVLƏT qazanacaqlar!

13 Mart 2024 10:40 Qarabağ 13 252
"Qarabağ"ın futbolçuları yuxularında görmədikləri qədər VAR-DÖVLƏT qazanacaqlar!

Sabah Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

«Qarabağ» Almaniyada «Bayer»in qonağı olacaq.

Bakıdakı ilk matçdan 2:2 hesablı bərabərliklə ayrılan «köhlən atlılar» Leverkuzendə sensasiyaya imza atmaq iddiasındadır.

Azərbaycan çempionu istəyinə çatarsa, futbolçularına heç vaxt olmadığı qədər mükafat ödəyəcək. «Bayer» üzərində qələbənin qarşılığı kimi 100 min manat civarında «ənam» veriləcək.

«Qarabağ» Avroliqanın pley-off mərhələsində «Braqa»nı üstələyib.

Portuqaliyada 4:2 hesabına sevinən təmsilçimiz Bakıda yenilsə də (2:3), iki oyunun ümumi nəticəsinə görə adını 1/8-ə yazdırıb. Yönətim bunun əvəzi olaraq hər oyunçusuna 50 min manat mükafat paylayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti