“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoxlama matçı üçün yekun heyətdə yer alıb.
“Sportinfo.az xəbər verir ki, 32 yaşlı qapıçı 28 futbolçudan ibarət siyahıya daxil edilib.
Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvayla qarşılaşacaq. Hər iki görüş Moskvada baş tutacaq.
Lunyov martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu arasında yer almışdı.


