"Qarabağ"ın futbolçusu belə olar: "Şəxsən inanıram”

12 Mart 2024 20:40 Qarabağ 3 355
"Qarabağ"ın futbolçusu belə olar: "Şəxsən inanıram”

“İlk oyunda heç-heçə oynamışdıq. Bu isə növbəti mərhələ şansımızın qalması deməkdir”.

“Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade komandasının “Bayer”lə səfər qarşılaşması haqda fikirlərini Sportinfo.az-a açıqlamasında dilə gətirib.

Martın 7-də Respublika stadionundakı matçın ilk hissəsində təmsilçimiz ilk yarıda 2 qol vursa da, fasilədən sonra rəqib hesabı bərabərləşdirməyi bacardı.

Bu oyun göstərdi ki, Almaniya nəhəngi hər nə qədər güclü olsa da, mübarizə aparmaq, bir qədər də artığını etməklə istəyə çatmaq olar.

“Qarabağ”ın “15 nömrəsi” ümidverici açıqlamalarla diqqət çəkib:

“Doğma meydan, azarkeş amili, ilk oyundakı geridönüş, təcrübə, heyət - əlbəttə, bütün bunlar “Bayer”in xeyrinə işləyən məqamlardır. Sözsüz, rəqib cütün favoritidir.

İdmanda yazılmamış qanun var. Ən güclü olmaq istəyirsənsə, özündən güclünü də məğlub etməyi bacarmalısan.

Həmişə olduğu kimi, xarakter göstərməli, “Qarabağ”a layiq olan futbolu sərgiləməliyik.

Növbəti mərhələ? Şəxsən gücümüzə və mərhələni keçə biləcəyimizə inanıram. İlk növbədə inam olmalıdır”.

Martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə 12-də başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti