Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.
Qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.

