"Qarabağ"ın sabiq legioneri Dani Kintana İspaniyanın "Canarias 7" nəşrinə müsahibə verib
Sportinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunda çıxış etdiyi vaxtları xatırlayıb.
O, "Qarabağ"da hər şeydən razı qaldığını bildirib:
"Qarabağ"ın bütün üzvlərinə minnətdaram, bu kluba təşəkkürüm sonsuzdur. Klub çox düzgün idarə olunur.
Mən orada hər oyuna görə bütün bonusları almışam. Maaş problemi yox idi. Çünki onlar müasirdir və imkanları inanılmazdır".
O bildirib ki, Azərbaycan karyerasında həlledici rol oynayıb: “16 qol və 12 məhsuldar ötürmə ilə liqanın ən yaxşı əcnəbi oyunçusu mükafatını qazanmışam”.
37 yaşlı futbolçu 2015-2020-ci illərdə "Qarabağ"da çıxış edib. O, 148 rəsmi matçda 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi 4 dəfə çempionluq, 2 dəfə ölkə kuboku qazanıb. Onun son klubu "UD Tamaratseit" (İspaniya) olub və 2023-cü ilin yayında karyerasını başa vurub.


