“Qarabağ”ın uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Kevin Medina ötən gün meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə” ilə keçirilən matçın 78-ci dəqiqəsində oyuna daxil olub.
O, Mateus Silvanı əvəzləyib.
Medina ötən il noyabrın 30-da Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı səfər matçında (2:2) zədələnmişdi. O, dekabr ayında Finlandiyada əməliyyat edilmişdi.

