"Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Bayer"in qonağı olacaq.
"Köhlən atlar"ın səfər planına aydınlıq gəlib.
Təmsilçimiz oyundan iki gün əvvəl vətəni tərk edəcək.
Martın 12-də Bakı vaxtı ilə saat 18.15-də çarter reysli təyyarə ilə vətəni tərk edəcək ağdamlılar təxminən 5 saatlıq uçuşdan sonra Kölnə çatacaq.
Leverkuzendəki hava limanı beynəlxalq reysləri qəbul etmədiyindən, "Qarabağ" məhz Kölnə uçub, oradan avtobusla Leverkuzenə yollanacaq və axşam 10 radələrində mənzil başında olacaq.
Futbolçular uzun yolçuluğun gecəsi istirahət edib ertəsi oyunöncəsi son məşqə çıxacaq.
Komandaların Bakıdakı ilk qarşılaşması 2:2 hesabı ilə başa çatıb.
Martın 14-dəki cavab görüşü Bakı vaxtı ilə saat gecə 12-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

