Qurban Qurbanov Avropanın məşhur klubunu çalışdıracaq?

10 Mart 2024 09:25 Qarabağ 4 176
Qurban Qurbanov Avropanın məşhur klubunu çalışdıracaq?

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov məşqçilik karyerasını Avropanın nəhəng klubunda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə İtaliya A Seriyasında çıxış edən "Latsio" axından maraqlanır.

Paytaxt təmsilçisi hazırkı baş məşqçi Maurissio Sarri ilə yolları ayırmaq niyyətindədir. Klubun namizədləri arasında həmyerlimiz də yer alıb.

"Qartallar" bununla bağlı "köhlən atlar" rəhbərliyi ilə hələlik heç bir əlaqə saxlamayıb.

Qurbanovun Azərbaycan çempionu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti