“Bayer”in ulduzu “Qarabağ”a tərif yağdırdı, sevincini gizlətmədi

9 Mart 2024 21:20 Qarabağ 11 548
“Bayer”in ulduzu “Qarabağ”a tərif yağdırdı, sevincini gizlətmədi

“Burada bizim üçün çətin olacağını bilirdik.

Qrup mərhələsində Bakıdakı oyun zamanı çətinliklə üzləşmişdik “.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ” – “Bayer” oyunu haqda danışan rəqibin ulduz futbolçularından olan Qranit Caka deyib.

“Köhlən atlar” ilk hissədə 2 qol vurmağa nail olsa da, fasilədən sonra rəqib sürəti və təzyiqi artıraraq öncə hesab arasındakı fərqi azaltdı, matçın yekununa saniyələr qalmış bərabərlik qolunu vurub yenilgidən xilas oldu.

Uzun illər “Arsenal”ın şərəfini qorumuş, və bu komanda ilə Bakıya səfər etmiş yarımmüdafiəçi “köhlən atlar” haqda xoş fikirlər səsləndirib:

“Qarabağ”a böyük hörmətim var. Yaxşı komandadır, heyətində səviyyəli futbolçuları var.

Bunu bir daha sübut etdilər. Ancaq oyun 90 dəqiqə oynayılır.

İkinci hissədə yaşananları nəzərə alsaq, heç-heçəni ədalətli nəticə saymaq olar”.

Komandalar arasındakı cavab görüşü martın 14-də “BayArena”da keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti