“Qarabağ” “Bayer”in 34 oyunluq məğlubiyyətsizlik seriyasını qırmağa çıx yaxın idi.
İlk hissədə 2 top fərqi ilə önə çıxan təmsilçimiz fasilədən sonra rəqibin heyətindəki əvəzetmələrin qarşısında tab gətirə bilmədi.
Meydana sonradan daxil olan Florian Virtzlə Patrik Şık vacib qollarla Leverkuzen təmsilçisini məğlubiyyətdən xilas etdi.
Ağdamlılar qalib gələ bilməsə də, 2:2 hesablı bərabərliyin özü də kifayət qədər səs-küylü nəticədir. Belə olmasaydı, Avropa “Qarabağ”dan yazmazdı.
“Köhlən atlar”ın adı xarici ölkələrin mətbuatında manşetləri bəzəyib:
“Championat” (Rusiya): “Bayer” Bakını heç-heçə, Alonso Azərbaycan xalçası ilə tərk etdi. Xabi “Qarabağ”dakı həmkarından bax belə hədiyyə aldı. Ümid edirik ki, evindəki interyerə uyğun gələcək”.
“Matç TV” (Rusiya): “Yox. “Bayer” cari mövsümdə həqiqətən məğlubedilməzdir. Bu, “Qarabağ”da alınırdı. Virtzlə Şik “Bayer”i xilas etdi”.
“Sport Ekspress” (Rusiya): “Xabi Alonso mövsümdə ilk məğlubiyyətə çox yaxın idi. Amma sensasiya baş tutmadı, “Bayer” sona yaxın bərabərlik qolunu vurdu. “Qarabağ”dakı oğlanlar möhtəşəm mübarizə apardılar”.
“Fanatik” (Türkiyə): “Bayer” mövsümdəki ilk məğlubiyyətə çox yaxın idi. “Qarabağ” gücü rəqib üzərində tarixi qələbəni 90+2-ci dəqiqədə əldən verdi”.
“PF” (Rusiya): “Qarabağ” bu gecə inanılmaz dərəcədə möhtəşəm idi. “Bayer”i bütün statistik göstəricilərdə geridə qoysalar da, qələbə üçün azacıq çatmadı”.
“ESPN” (ABŞ): “Bayer” az qala “Qarabağ”a məğlub olacaqdı. 35-ci oyunda uduzmamaq üçün o nə geridönüş idi?”
“Bild” (Almaniya): “Şikin son saniyə qolu “Bayer”i məğlubedilməzlik seriyasının qırılmasından xilas edir. Bakıda maraqlı 2:2. Seriya davam edir”.
“Marca” (İspaniya): “Məlum olanda ki, “Bayer” cari mövsümdə ilk məğlubiyyətin astanasındadır, Şik meydana daxil olaraq Xabi Alonsonun komandasının yenilgidən xilas etdi. Beləliklə, məğlubedilməzlik seriyası 35 oyuna yüksəldi”.
HƏBİB / SPORTİNFO.AZ

