"Dərin kədər yoxdur, həyat davam edir, indi emosiyalar səngiyib”

9 Mart 2024 20:20 Qarabağ 957
"Dərin kədər yoxdur, həyat davam edir, indi emosiyalar səngiyib”

"Qarabağ" 60 dəqiqə sakit oynadı, sonra gözlənilmədən səhvə yol verdilər.

Amma nəticə hələ də inanılmazdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Azərbaycan təmsilçisinin "Bayer 04"ə qarşı keçirdiyi Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu barədə "RB Sport"a açıqlamasında deyib.

O, qarşılaşmadan sonra rusiyalı qolkiperin əhval-ruhiyyəsinin pis olmadığını söyləyib:

"Dərin kədər yoxdur. Həyat davam edir, qarşıda cavab matçı da var.

İndi emosiyalar səngiyib, növbəti qarşılaşmalara hazırlaşmalıyıq, qrafik sıxdır".

"Qarabağ" - "Bayer 04" görüşü heç-heçə yekunlaşıb - 2:2. Cavab oyunu martın 14-də Leverkuzendə gerçəkləşəcək.

Lunyov cari mövsüm "köhlən atlar"ın heyətində 25 matçda meydanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti