Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə oyunun ikinci hissəsində "Qarabağ" cəbhəsi buraxılan iki qolla bərabər, zədələnərək meydanı tərk edən futbolçulara görə də üzüldü.
Belə ki, qarşılaşmanın 85-ci dəqiəsində Juninyo əzələsində ağrılar hiss edincə yerini Nəriman Axundzadəyə, 90-cı dəqiqədə isə Yassin Benzia Aleksey İsayevə verməli oldu.
İndi hər kəsi düşündürən odur ki, bu futbolçular cavab matçında komandaya kömək edə biləcəklərmi?
Klubdan əldə etdiyimiz məlumata görə, Benzia ilə bağlı hər hansı narahatlıq yoxdur.
Amma baziliyalı hücumçu barəsində qeyri-müəyyənlik davam edir.
Həkimlər onu ilkin müayinə edib, amma yekun qərar verilməyib.
Bunun üçün "18 nömrə" sabah MRT müayinəsindən keçəcək.
Yalnız ondan sonra Juninyo barədə yekun rəy bildiriləcək.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü 14 mart Leverkuzendə baş tutacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

