"Qarabağ" "Bayer" önündə son dəqiqədə qələbəni əldən verdi

7 Mart 2024 23:40 Qarabağ 1 222
"Qarabağ" "Bayer" önündə son dəqiqədə qələbəni əldən verdi

"Qarabağ" Avropa Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə isə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

21.45. Qarabağ - Bayer (Leverkuzen, Almaniya) 2:2

Qollar: Yassin Benzia, 27, Juninyo, 45 - Florian Firts, 68, Şik, 90+2

Hakimlər: Benua Bastyan, Aurelien Bertomieu, Ceremi Piqnard (hamısı Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 99. Andrey Lunyov, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

"Bayer": 17. Matey Kovar, 4. Conatan Ta, 6. Odilon Kossunu, 8. Robert Andrix, 9. Borxa İqlesias, 12. Edmond Tapsoba, 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 21. Amin Adli, 23. Adam Hlojek, 25. Esekyel Palasios.
Ehtiyat oyunçular: 1. Lukas Hradeçki, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 7. Yonas Hofmann, 10. Florian Virts, 13. Patrik Şik, 30. Jeremi Frimponq, 32. Qustavo Puerta, 34. Qranit Caka.
Baş məşqçi: Xabi Alonso.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti