Xabi Alonso niyə "Qarabağ"a rəqib olmaq istəməyib?

7 Mart 2024 16:50 Qarabağ 2 523
Xabi Alonso niyə "Qarabağ"a rəqib olmaq istəməyib?

"Bayer"in baş məşqçisi Xabi Alonso "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla dünənki görüşü zamanı maraqlı fikir səsləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bildirib ki, Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşmağı istəməyib.

Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb.

Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.

"Qarabağ" Avropa Liqasınının qrup mərhələsində "Bayer"lə eyni qrupda mübarizə aparıb. Bu komandalar 1/8 finalda da bir-birlərinə rəqib olublar.

"Qarabağ"la "Bayer" arasında ilk matç bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti