"Bayer" "Qarabağ"ın önünə ehtiyat qapıçı ilə çıxacaq

7 Mart 2024 15:10 Qarabağ 726
"Bayer" "Qarabağ"ın önünə ehtiyat qapıçı ilə çıxacaq

Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək oyunda heyətində dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı çalışdırıcı Lukaş Qradetskini Matey Kovayla əvəzləyəcək.

Baş məşqçi bütün oyunçulara şans verməyin vacibiyini vurğulayıb:

“Çətin qərarlar olacaq, amma məşqçi üçün ən yaxşısı budur. Kapitan Lukaş Qradetskini isə Bundesliqa oyunlarında əsas qapıçı olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti