"Qarabağ"ı "Bayer"lə çətin oyunlar gözləyir".
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, Azərbaycan çempionunun Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya nəhəngi ilə yenidən üz-üzə gəlməsi barədə danışıb.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Bundesliqanın liderininin yetərincə güclü olduğunu bildirib:
«Bizim bəlkə də yeganə təsəllimiz «Bayer»i qrupdan tanımağımızdır. Leverkuzenə mən də getmişdim. O səfər bir dəhşət idi.
Biz - jurnalistlər, məşqçilər və futbolçular sanki başqa dünyaya düşmüşdük. Başqa futbol, başqa sürət, başqa atmosfer…
«Qarabağ»ın futbolçuları o zaman bu ağırlığı qaldıra bilmədi.
Bu, təxminən nəyə bənzəyir, bilirsiz? Hansısa əsgərin ilk dəfə döyüşə girib, o dəhşəti yaşamasına».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

