Qurban Qurbanov hansı SÜRPRİZi edə bilər? - Bu VİDEOnu sonra tapmayacaqsız!

7 Mart 2024 13:00 Qarabağ 1 061
Qurban Qurbanov hansı SÜRPRİZi edə bilər? - Bu VİDEOnu sonra tapmayacaqsız!

Bu gün "Qarabağ” Avropa Liqasının 1/8 finalının ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika Stadionunda “Bayer"i qəbul edəcək.

“Sportinfo TV“nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, rəqib güclü olsa da, əsas "Qarabağ"ın nə edəcəyi önəmlidir:

"Matçdan öncə Qurban Qurbanovun mətbuat konfransını izlədim. Gördüyüm qədəriylə o, komandasını oyuna psixoloji olaraq hazırlayıb.

Yəni, “çıxın, futbolunuzu oynayın, rəqib zatən Avropada ən yaxşılardan biridir, nəticə nə olur olsun, əsas odur, yaxşı təsir bağışlayaq“.

Bu oyunda ikinci zonada daha yaxşı təsir bağışlamaq lazımdır. Müdafiə xətti ilə yarımmüdafiə arasında məsafə uzun olmamılıdır.

Əgər uzun olarsa, işimiz çətin olacaq. "Qarabağ" topu özündə daha çox saxlamağa çalışarsa, rəqibin hücum ritmini poza bilər.

Yankoviçin olması komandamız üçün çox böyük üstünlükdür. Amma Romaonun mərkəzdə olmaması problem olacaq.

Çünki mərkəzdə rəqibi bəzi məqamlarda daha sərt futbolla qarşılamaq lazımdır. Bu isə Romaoda daha yaxşı alınırdı.

Hücumlar zamanı itirlən topu ən azı 5-10 saniyəyə qazanmaq lazımdır. Çünki hücumlar zamanı məcburiyyətdən müdafiə xətti də çox irəli çıxır.

Nəticədə 40-50 metrlik boşluq yaranır. "Qarabağ” hücum zamanı itirilən toplardan sonra bu məqama diqqət yetirməlidir.

Çünki onlar uzun ötürmələrlə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Bir sözlə, cinah oyununa üstünlük verməklə, xüsusilə soldan edəcəyimiz hücumlarla "Bayer"ə qarşı üstünlük qura bilərik".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti