"Qarabağ"ın qapıçısına həsəd aparan: "Ondan soruşacam ki…"

7 Mart 2024 22:40 Qarabağ 5 928
"Qarabağ"ın qapıçısına həsəd aparan: "Ondan soruşacam ki…"

Rusiya yığmasının qapıçısı Matvey Safonov "Qarabağ"ın qolkiperi Andrey Lunyovla rəqabətdən danışıb.

Sportinfo.az xəbər verir ki, "RB Sport"a açıqlama verən "Krasnodar"lı Ağdam klubunun qolkiperindən soruşmaq istədikləri olduğunu deyib:

"Andrey Lunyovla rəqabət? Onunla münasibətimiz yaxşıdır.

Millidə görməkdən şad olacam. Lunyovdan avrokuboklarda oynamağın necə hiss olduğunu soruşmaq istəyərdim.

Çünki onun Avropa Liqasında yaxşı performans göstərdiyini, ən yaxşı seçildiyini bilirəm.

O, millinin əsas qapıçısı olmaq üçün rəqabətə hazırdırmı? Baxaq, hər şey məşqdə görünəcək.

Kim, necə hazırdır görəcəyik. Qapıda kimin dayanacağına yəqin ki, toplanışda qərar veriləcək.

Təkcə Andrey deyil, digər uşaqlar da oynamağa layiqdirlər"

25 yaşlı qapıçı "Krasnodar"ın yetirməsidir və yalnız bu klubda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti