"Qarabağ" çox məşhur komanda olmaya bilər, amma..."

7 Mart 2024 11:00 Qarabağ 6 413
"Qarabağ" çox məşhur komanda olmaya bilər, amma..."

"Qarabağ"la səfər matçımız mütləq gərgin olacaq.

Biz artıq bunu bir dəfə görmüşük, ona görə də bilirik ki, Bakıdakı oyun asan keçməyəcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Bayer"in (Almaniya) vitse-kapitanı Conatan Ta Avropa Liqasının 1/8 finalında "Qarabağ"la keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniya millisinin də üzvü olan müdafiəçi Ağdam klubunun asan rəqib olmadığını bildirib:

"Qarabağ" çox məşhur komanda olmaya bilər, amma elə komandadır ki, onları qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, bizim onlara qarşı oyun təcrübəmiz var".

"Bayer"lə "Qarabağ" arasında ilk oyun martın 7-də Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab matçı isə martın 14-də Leverkuzendə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti