UEFA-dan paylaşım: “Ən yaxşı formada olan iki komanda Bakıda görüşəcək” - FOTO

7 Mart 2024 08:30 Qarabağ 5 097
UEFA-dan paylaşım: “Ən yaxşı formada olan iki komanda Bakıda görüşəcək” - FOTO

Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” - “Bayer” oyunu ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşımda bildirilib:

“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda 4-cü gün Bakıda görüşəcək”.

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb.

Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

uefa-dan-qarabag-bayer-matci-ile-bagli-diqqetceken-paylasim

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti