"Qarabağ" budur - Hər an çalışmalı, oynamaq üçün vuruşmalısan”

6 Mart 2024 21:00 Qarabağ 790
"Qarabağ" budur - Hər an çalışmalı, oynamaq üçün vuruşmalısan”

“34 yaşım var, amma heyətdəki gənclərlə bərabər çalışmalıyam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.

Ağdam klubu Premyer Liqanın 25 turu ərzində 60 xal toplayıb. “Köhlən atlılar” bu nəticəylə turnir cədvəlinin vahid lideridir.

Ən yaxın izləyicisindən 23 xal öndə olan “Qarabağ”ın növbəti dəfə qızıl medallar qazanacağı şübhə doğurmur.

Bu, əvvəlki illərlə müqayisədə daha asan əldə olunacaq çempionluğun görüntüsü deyilmi?

Almeydanı dinləyək:

“Yox, asan deyil. Məsələn, "Sabah"la oyunlarımızı götürək.

İlk oyunda 7:1 qalib gəldik. Amma sonrakı görüşlərdən birində bərabərə qaldıq, digərində məğlub olduq.

Ani diqqətsizliyin cəzasını aldıq. Xal itkisi yaşadıq, məğlub olduq.

"Qarabağ" budur yəni. Heyətdə olan 20-dən çox futbolçu hər an çalışmalı, oynamaq üçün vuruşmalıdır.

Hər şey bu şəkildə uzun illərdi çəkdiyimiz zəhmətin nəticəsidir. Daha əzmlə, istəklə çalışmağımızın bəhrəsini görürük. Heç nə asan deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti