Qurban Qurbanov birini qazandı, birini də…

6 Mart 2024 14:40 Qarabağ 782
Qurban Qurbanov birini qazandı, birini də…

«Qarabağ» son Azərbaycan derbisində istəyinə çatdı və «Neftçi» üzərində ən çox qələbə qazanan komanda ünvanına yiyələndi.

Başqa vaxt olsaydı, Qurban Qurbanov aparıcı «silahlar»ını ilk dəqiqələrdən meydana almazdı, istirahət verərdi.

O, «Bayer»lə qarşıdakı vacib matçı nəzərə alaraq, mövsümün sayca üçüncü derbisində rotasiyaya getmədi.

Zədə ehtimalı gözdən çıxaran, bununla «ehtiyat igidin yaraşığıdır» məsəlini bir kənara qoyan Qurbanovu zənni yanıltmadı. «Qarabağ» ilk 70-75 dəqiqə ərzində xeyli sayda qol epizoduna girdi.

Hələ ilk hissədə hesabı 3-4 dəfə dəyişə bilərdilər. Bu epizodlar təsadüfən yaranmadı, düşünülmüş tərzdə yaradıldı.

O gecə «Qarabağ» üçün yaxşı məşq oldu.

Nəriman Axundzadə artıq üç oyundur ardıcıl qol vurur. Qurban Qurbanovun dediyi kimi, 19 yaşlı hücumçunun böyümə prosesi sürətlənib.

Lənkəranlı gənc son həftələr eşitdiyi təriflərdən havaya girməsə, baş məşqçi ona hələ çox şans tanıyacaq.

Patrik Andrade. İnişil «Qarabağ»ı «Partizan»a dəyişən kabo-verdeli yarımmüdafiəçi 1 il ərzində çox geriləyib.

Neçə aydır qayıdıb, görürük ki, yenə də əvvəlki formasını bərpa etməyə necə çətinlik çəkir.

Qurbanov onu təkrar qazansa, «Qarabağ»ın orta sahəsi betondan möhkəm olacaq.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti