Bu gün hər kəs Nəriman Axundzadədən danışır.
Niyə də danışılmasın axı?
19 yaşlı gənc minlərlər insanın sevincinə, sevinc göz yaşlarına səbəbkar oldu.
Məhz onun vurduğu qol "Qarabağ"ın timsalında bir Azərbaycan klubunun ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə iştirakını təmin etmiş oldu.
Bəs həmin 122-ci dəqiqədə vurulmuş qol olmasaydı və penaltilər seriyasında "Qarabağ" mübarizəni dayandırsaydı bu gün nələr yaşanardı?
Əminəm ki, ikinci "Rakov faciəsi".
İlk öncə baş məşqçi Qurban Qurbanov kütlənin qəzəbinə tuş gələcəkdi. Ki, ilk matçda o cür fürsəti boşa verən bir gənci Bakıda da meydana buraxanda sonu belə olmalıydı da deyə.
İkincin "günah keçisi" Elvin Cəfərquliyevin olacağı qaçılmaz idi. Xüsusilə ikinci sarı vərəqədəki diqqətsiz davranış ona ağır otura bilərdi.
Bir də mərhələ adlamağın 8 dəqiqəlik yaxınlığındaikən penala səbəb olan Bəhlul Mustafazadəni qeyd etməmək olmaz.
Deməli, Nəriman vurduğu qolla təkcə özünü yox, Qurbanov, Elvin və Bəhlulu da böyük ictimai qınaqdan xilas etmiş oldu.
Amma baş məşqçi Qurban Qurbanov bu cür yanaşmanı haqlı olaraq yaxın buraxmır.
Və hər zamankı kimi əla mövqe ortaya qoyması ilə bir daha fərqliliyini göstərmiş olub.
O, mətbuat konfrasında bəndənizin mövzu ilə bağlı sualına öncə kütlənin ehtimal olunan reaksiyasına münasibət bildirmək istədi və pauz götürdü. Sanki fikrindən daşınıb, görəcəyi reaksiyaya yox, özünün ortaya qoyduğu mövqeni səsləndirmək yolunu seçdi və qarşılaşmadan sonra qırmızı vərəqə alaraq komandasını ağır durumda qoyan Cəfərquliyevə "Oğulsan, Elvin" - deyə dəstək olduğunu dilə gətirdi.
XANOĞLAN / SPORTİNFO.AZ
Davamında nələr dediyinə isə aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz.

