“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica vətəninə qayıda bilər.
Sportinfo.az “A2 CNN”ə istinadən xəbər verir ki, Ağdam klubunda əsas heyətdə yer almayan 25 yaşlı futbolçunun xidmətində onun keçmiş komandası "Tirana" maraqlıdır.
Lakin qeyd edildiyi kimi, indiyədək ağdamlılara rəsmi təklif olmayıb.
Cica bu ilin yanvarında “Tirana”dan “Qarabağ”a keçib. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulu

