“Onun "Qarabağ"la etibarlı müqaviləsi var, yəqin bu xəbərlər kiməsə faydalıdır”

30 Dekabr 2023 00:40 Qarabağ 887
“Onun "Qarabağ"la etibarlı müqaviləsi var, yəqin bu xəbərlər kiməsə faydalıdır”

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov rusiyalı qolkiperin "Rubin"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, "championat.com"a açıqlamasında qeyd edib ki, Lunyovun müqaviləsi olduğu "Qarabağ"ı tərk etmək ehtimalını müzakirə etmək qeyri-etikdir:

“Rubin" və digər klubların marağı barədə heç nə bilmirik. Yəqin bu xəbərlər kiməsə faydalıdır.

Lunyovun "Qarabağ"la etibarlı müqaviləsi var. Hazırda onun “Qarabağ”ı tərk etmək ehtimalını şərh etmək sadəcə olaraq qeyri-etikdir”.

Xatırladaq ki, "Qarabağ"ın baş meneceri Asif Əsgərov da "Sport-Express"ə açıqlamasında "Rubin"in Lunyovla bağlı onlara müraciət etmədiyini bildirib.

32 yaşlı qolkiper 2023-cü ilin yayında "Qarabağ"a azad agent kimi keçib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında Lunyovun dəyəri 1 milyon avro göstərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti