“Qarabağ”ın direktoru: “Bunu gözləmək yersizdir – Çox uzaqdır”

29 Dekabr 2023 23:20 Qarabağ 1 059
“Qarabağ”ın direktoru: “Bunu gözləmək yersizdir – Çox uzaqdır”

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə oyunu zamanı “Qarabağ” uzun yol qət etməli olacaq.

Ağdam klubunun direktoru Emrah Çelikel qol.az-a deyib ki, komandanı Bakıdan Braqaya 8 saatlıq uçuş gözləyir

. İlkin proqrama görə, Ağdam təmsilçisi Portuqaliyaya oyundan 2 gün əvvəl - fevralın 13-də yola düşəcək. “Qarabağ” səfərə bu dəfə də çarter reysi ilə gedəcək.

“Pley-off-da zəif rəqib olmur. Burada hansısa bir münasib rəqib gözləmək yersizdir.

Bilirəm ki, Braqa şəhəri ilə Bakı arasında 8 saatlıq uçuş var. Çox uzaq məsafədir.

Amma biz ora getdiyimiz kimi, onlar da Bakıya gələcəklər. Biz hamımız bir yerdə ən yaxşısını etməyə çalışacağıq.

Burada rəqibin kim olmasının fərqi yoxdur” - deyə E.Çelikel bildirib.

“Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti