"Qarabağ" transfer danışıqlarına başladı, bu futbolçudan "OKEY" aldı - SON DƏQİQƏ

26 Dekabr 2023 12:40 Qarabağ 16 352
"Qarabağ" transfer danışıqlarına başladı, bu futbolçudan "OKEY" aldı - SON DƏQİQƏ

Avropa Liqasında qrup mərhələsini adlayan, Premyer Liqada qış çempionu olan «Qarabağ» transfer çalışmalarına start verib.

Qitəmiqyaslı turnirin «pley-off»unda «Braqa» ilə qarşılaşacaq «köhlən atlılar» maraq dairəsində olan futbolçularla görüşmələrə başlayıb.

Danışıqlar aparılan oyunçulardan biri də Aleksey İsayevdir. Ağdam təmsilçisi hazırda «Sabah»ın şərəfini qoruyan yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib.

28 yaşlı orta sahə oyunçusu «Qarabağ»ın çağırışına isti münasibət göstərir. Hər halda o, 3 ildir formasını geyindiyi Masazır klubundan ayrılmağa hazır olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

AFFA tərəfindən 4 il öncə milliləşdirilən rusiyalı ölkəmizdə öncə «Sumqayıt»ın uğurları üçün tər töküb. «Kimyaçılar» Alekseyi 100 min dollar qarşılığında «Sabah»a satıb.

Onun hazırkı komandasıyla müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti