"Neftçi" buna əsas səbəbdir"

26 Dekabr 2023 00:30 Qarabağ 862
"Neftçi" buna əsas səbəbdir"

“Oyun olduqca çətin keçdi. "Neftçi" yüksək keyfiyyətlərə malik komandadır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Premyer Liqanın 17-ci turunda “Neftçi”ni məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, Azərbaycan derbisinə hazırlaşmağın çətin olduğunu bildirib:

“3 gün öncəki gecə çılğın emosiyalarla dolu idi. Ona görə də “Hekken”lə qarşılaşmadan sonra bərpa olunub belə bir derbi matçına hazırlaşmaq asan olmur.

Bununla belə, bu oyunda ən yaxşısını etməyə çalışdıq. Nəticədə qalib gələn tərəf olduq”.

Andrade uzun müddət “Neftçi”nin qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib:

"Neftçi" buna əsas səbəbdir. Onlar əla kollektivdirlər. Bilirdik ki, asan olmayacaq.

Biz bütün matç boyunca onların müdafiəsini yarmağa çalışdıq. Bununla belə yalnız sonda üzümüzə güldürən sonluğu tapa bildik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti