"Qarabağ"ın avrokuboklarda böyük təcrübəsi var".
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam klubunun Avropa Liqasında qrup mərhələsini aşmasının təsadüfi olmadığını bildirib.
O deyib ki, Qurban Qurbanov fərqli metodlarla «köhlən atlılar»ı irəli aparır:
«Hər ötən gün istənilən baş məşqçi üçün bir təcrübədir. «Qarabağ» bu mövsüm ilk dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.
Bu imkan «Hakken»lə Bakıdakı qarşılaşmada əldə olundu.
«Qarabağ» 44-cü saniyədə hesabı açsa da, arxayınlaşmadı, təmkinini qorudu, İsveçdən olan rəqibinə də oynamaq şansı verdi və ikinci qolu vurdu».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

