“Qarabağ”ın legioneri Juninyo Olavio Avropa Liqasının qrup mərhələsində qapıya ən çox zərbə vuranlar sırasındadır.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu komandanın yer aldığı H qrupundakı matçlarda ümumilikdə 15 dəfə qol axtarışında olub.
Bu göstərici ilə o, cəmi 6 futbolçudan geri qalıb və 7-ci yeri bölüşdürüb. Juninyonun zərbələrindən 6-sı "çərçivə"yə ünvanlanıbsa, 6-da dəqiqlik çatmayıb.
Digər 3 zərbəyə isə rəqib müdafiəçilər blok qoyublar. Bu göstəricidə lider Yunanıstanın “Panatinaikos” klubunun oyunçusu Fotis Yoannidisdir (21).
Juninyo həmçinin ən çox oyundankənar vəziyyətə düşənlərdən biridir. 27 yaşlı forvard qrup matçlarında 4 dəfə ofsaydda “yaxalanıb”. O, bu göstəricidə də 7-ci pilləni bölüşdürür.
Braziliyalı həm də ən çox kobudluğa məruz qalanlar sırasındadır. “Sambaçı” 13 dəfə kobudluqla dayandırılıb. Juninyo bu baxımdan 6-cı yerdə qərarlaşıb.

