O, “Qarabağ”da “tamaşa çıxarır” – Fransanın məşhur nəşri

24 Dekabr 2023 00:50 Qarabağ 12 916
O, “Qarabağ”da “tamaşa çıxarır” – Fransanın məşhur nəşri

Fransanın “Le petit Lillois” nəşri “Qarabağ”ın futbolçusu Yassin Benziadan yazıb.

Sportinfo.az xəbər verir ki, nəşr onun ötən həffə nümayiş etdirdiyi oyunla azarkeşləri sevindirdiyinj qeyd edib.

Benzianın “Qarabağ”la Avroliqanın pley-off mərhələsinə yüksəlməsini ekzotik məqam adlandıran fransalı jurnalist futbolçunun “Fənərbaxça”, “Olimpiakos” və “Dijon”da karyerasından sonra bu ilin əvvəlində Azərbaycana getdiyini yada salıb.

“Çətin start mövsümünə (üç oyun, sıfır qol) baxmayaraq, Bakı “Neftçi”si ilə oyunda (2:0) o, bu mövsüm çempionatda artıq 6-cı qolunu vurdu.

Bu, Benzianın ötən həftədəki tamaşasının davamı idi. O, Avropa Liqasında “Hekken”lə oyunda (2:1) da fərqlənə bilmişdi.

Bu qol onun komandasına qalib gəlməyə və fevralda “Braq” “pley-off”da oynamağa imkan verdi” - deyə yazıda qeyd ediib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti