“Qarabağ”ın Xankəndidə zədələnən futbolçusu indi necədir?

23 Dekabr 2023 23:20 Qarabağ 637
“Qarabağ”ın Xankəndidə zədələnən futbolçusu indi necədir?

“Qarabağ”ın futbolçusu Riçard Almeydanın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçinin səhhəti ilə bağlı heç bir problem yoxdur.

Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşmanın (1:0) birinci hissəsində zədələnərək əvəzlənən 34 yaşlı orta sahə oyunçusu tibbi müayinədən keçib. Məlum olub ki, Almeydanın zədə ilə bağlı heç bir problemi yoxdur.

Azərbaycan millisinin sabiq üzvü artıq bu gün kollektivlə birgə məşqdə iştirak edəcək. Bu isə o deməkdir ki, Almeyda Premyer Liqanın XVIII turunda “Zirə” ilə qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.

Dekabrın 24-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qarabağ” matçı saat 18:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti