Məşhur klub öz adamını “Qarabağ”ın oyununa göndərdi, o da bəyəndi - 5 milyonluq transfer

23 Dekabr 2023 16:20 Qarabağ 13 949
Məşhur klub öz adamını “Qarabağ”ın oyununa göndərdi, o da bəyəndi - 5 milyonluq transfer

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində hər iki oyunda məğlub etdiyi İsveçi "Hakken”i futbolçusu Romeo Amaneni Şotlandiya təmsilçisi “Seltik”ə satmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki,““Seltik” 20 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə cəlb etməyə yaxındır.

Bildirilir ki, Qlazqo təmsilçisinin skautları “Hakken”in “Qarabağ”la Bakıdakı son tur matçını stadiondan canlı izləyib və Amaneni bəyəniblər.

Həmin qarşılaşmada 90 dəqiqəni əvəz edilmədən keçirən Fil Dişi Sahilidən olan oyunçunun keçidinin şotlandlara 3 milyon funt-sterlinqə başa gəlməsi gözlənilir.

“Hakken” “Qarabağ”a öz meydanında 0:1, səfərdə isə 1:2 hesabı ilə məğlub olub. İsveç klubu qrupu xalsız başa vurubsa, “Qarabağ” 10 xalla ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti