"Qarabağ"ın legioneri bu hadisəyə səssiz qalmadı: "Bu, təkcə futbol deyil"

25 Dekabr 2023 23:40 Qarabağ 812
"Qarabağ"ın legioneri bu hadisəyə səssiz qalmadı: "Bu, təkcə futbol deyil"

Azərbaycan Kubokunun Xankəndidə keçirilən "Qarabağ" - MOİK matçına (1:0) ölkə Prezidenti İlham Əliyevin gəlməsi xüsusi rəng qatdı.

Dövlət başçısı start fitindən əvvəl meydançanın mərkəzinə gələrək hər iki komandanın üzvləri ilə bir-bir görüşdü və tarixi matçda topa ilk toxunuşu etdi.

Başverənlər "atlılar"ın əcnəbi futbolçuları üçün də əbədi yadda qalacaq anlar olacağını demək olar.

Məsələn, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç Xankəndidə yaşananlarla bağlı ürək sözlərini öz instaqram hesabından paylaşıb.

Monteneqrolu legioner Prezident İlham Əliyevlə olan fotosunu paylaşaraq bu sözləri yazıb:

"Klubum “Qarabağ” üçün tarixi oyun zamanı Azərbaycan prezidenti İlham Əliyevlə əl sıxma anım.

Bu, təkcə futbol üçün deyil, bütün Azərbaycan xalqı üçün tarixi vətənlərinə geri dönmələri baxımından əlamətdar gündür".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti